AŞPA NK sədri Paşayevanın təşəbbüsünü dəstəklədi

Bu gün AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər naziri Lubomir Zaoralek millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb.
 
Muxalifet.az xəbər verir ki, AŞPA Nazirlər Komitəsi sədri millət vəkili Q.Paşayevanın AŞPA-da qaldırdığı məsələni dəstəkləyib və çağırış edib.
Belə ki, AŞPA-nın Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva sual verib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mədəni irsin məhv edilməsi və qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına start verilmiş "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyasının əhəmiyyətinə toxunub, bu haqda danışıb və üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində Zaoralekin Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə konkret hansı işlərin görülməsi ilə maraqlanıb.
Lubomir Zoaralek Q.Paşayevanın qaldırdığı məsələni dəstəkləyib, bu konvensiyanın münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir artıq 8 ölkənin bu konvensiyanı ratifikasiya edildiyini qeyd edib və digər dövlətlərin ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tədbirlər görməyə dəvət edib.