AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisinin seçilməsi təxirə salındı

Baxış sayı:
10423

"AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisinin seçilməsi bu ilin iyun ayınadək təxirə salınıb".
 
Muxalifət.az xəbər verir ki, bunu "Report"un Qərbi Avropa bürosuna Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.
Onun sözlərinə görə, seçkilər bu ilin iyununda Fransanın Strasburq şəhərində keçiriləcək: "Hələlik bu vəzifəyə namizəd yoxdur".
Qeyd edək ki, AŞPA Sezar Florin Predanı qurumun Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən kənarlaşıdırıb. Onu əvəzləyəcək yeni həmməruzəçinin isə Avropa Şurası Komitəsinin mayın 29-da Parisdə keçiriləcək qapalı iclasında seçilməsi planlaşdırılırdı. Seçkilərin təxirə salınmasına səbəb bu vəzifəyə hələlik hansısa bir namizədin müəyyənləşməməsidir.