​AŞPA məruzəçisinin Azərbaycana səfəri başladı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Militsa Markoviçin Azərbaycana səfər başlayıb. "Report"un məlumatına görə, səfərin məqsədi "Qəsdən sudan məhrum edilən Azərbaycanın sərhəd bölgələrinin sakinləri" adlı məruzənin hazırlanmasıdır.
Bosniya və herseqovinalı deputatın M.Markoviç səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri, ekologiya və təbii sərvətlər naziri, eləcə də kənd təsərrüfatı naziri ilə görüşlər keçirəcək və ölkənin sərhəd rayonlarına baş çəkəcək.
Həmçinin, məruzəçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Dövlət Su Ehtiyatları Agentliyi, Dünya Bankı və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Bundan başqa, M.Markoviç Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşəcək.
Səfər avqustun 27-də başa çatacaq.
Xatırladaq ki, M.Markoviç 2014-cü ilin dekabr ayında da Azərbaycana səfər edib.