​AŞPA missiyası prezident seçkilərini müşahidə etməyə başladı

Baxış sayı:
2494

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin gedişatını müşahidə etməyə başlayıb.
"Report" xəbər verir ki, AŞPA-nın müşahidə missiyasına rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edir.
AŞPA-lı deputatlar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində olublar, orada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, missiyanın tərkibinə 37 müşahidəçi daxildir. Onlar bu gün Bakıda və ölkənin regionlarında bir sıra seçki məntəqələrində olacaqlar.