AŞPA-dan Azərbaycan hakimiyyətinə SƏRT TƏLƏB - "Polis zorakılığının artması bizi çox narahat edir..."

Baxış sayı:
2929

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Stefan Şennax (Avstriya) və Roger Gale (Birləşmiş Krallıq) Azərbaycanda son hadisələrdən ciddi narahatlıqlarını ifadə ediblər.
"Dinc nümayişçilərə qarşı polis zorakılığının artması bizi çox narahat edir" deyə məruzəçilər 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edənlərin vəhşicəsinə dağıldığına dair məlumatlara istinad edərək söyləyib.
“Sərhədsiz reportyorların” nümayişləri sənədləşdirən jurnalistlərə qarşı maneə və fiziki zorakılıq  olması barədə iddiaları xüsusilə narahatlıq doğurur. Bütün bu hallar araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar "deyə məruzəçilər əlavə ediblər.
"Parlamentdənkənar müxalifətin liderləri İlqar Məmmədov (REAL), Arif Hacılı (Müsavat Partiyası) və cənab Ruslan  İzzətlı (D18) ilə bağlı ən son məlumatlar, həmçinin Mehman Hüseynov da daxil omaqla 100-dən çox fəalın icazəsiz etiraz aksiyası ilə bağlı həbs olunmaları xüsusila  narahatlıq doğurur. “Plüralizmin yatırılması tamamilə qəbuledilməzdir və dərhal dayandırılmalıdır" deyərək, məruzəçilər Azərbaycan hakimiyyətini demokratik prosesin bir hissəsi olan dinc nümayişlərə icazə verməyə çağırıblar./Turan