AŞPA-da yeni siyasi qrup yaradıldı

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni siyasi qrup yaradılıb. 
“Azad Demokratlar Qrupu” adlı birlikdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlar çoxluq təşkil edir. 
Qrupa hələlik 20 üzv - Türkiyədən 7, İtaliyadan 5, Azərbaycandan 4, Rumuniya, Serbiya, Bosniya və Hersoqovina və San-Marinodan 1 nəfər daxildir. Qrupa rəhbərlik italiyalı parlamentari Adele Gambaroya həvalə olunub.
Qeyd edək ki, AŞPA-da siyasi qrup formalaşdırmaq üçün ən azı 6 ölkədən 20 parlamentarinin bir araya gəlməsi lazımdır.