ASO PKK\YPG-ni Suriyadan çıxarmağa hazırdır - TƏLİM TAMAMLANDI

Baxış sayı:
5398

Azad Suriya Ordusunun(ASO) əsgərləri Münbiç və Fəratın şərqinə keçiriləcək hərəkata hazırlıq üçün Azez-də aldıqları hərbi təlimlərini tamamlayaraq vəzifəyə hazır olduqlarının mesajını verib.
 
Təxminən 150 əsgərin aldığı təlimin məqsədi; hədəfləri və əl bombalarını düzgün müəyyənləşdirmək, taktika, silah, pulemyot və tanksavar raketlərinin istifadəsini öyrənməkdir.
Digər tərəfdən, Şimal Şahinləri Briqadasının təliminin ASO əsgərlərinin Münbiç cəbhə və Fəratın şərqinə göndərilməsi təyinatı ilə eyni vaxta təsadüf etdiyi bildirilir.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar iki həftə əvvəl etdiyi açıqlamada, Türkiyənin Suriyanın şimalındakı Fərat çayının şərqində və Manbaj bölgəsində bir hərbi əməliyyat hazırlığı etdiyini ifadə etmişdi.
 
ƏMİR GÖZLƏNİLİR
 
Akar bir Türk əsgəri bölgəsini ziyarət etdikdən sonra "Türk qoşunları dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hərəkata başlamaq əmrini gözləyir" açıqlamasını etmişdi.
Qeyd edək ki, Türkiyə və ABŞ Münbiçdə PKK terrorçularının bölgədən çıxarılması və bölgənin təminat altına alınmasını təmin edəcək yol xəritəsi barədə razılığa gəlmişdi. Hələ də bu razılıq ABŞ tərəfindən yerinə yetirilmir.

Müxalifət.az