ASO nəhəng əməliyyata başladı: TSQ DƏSTƏK VERİR

Baxış sayı:
8272

TSQ-nin dəstək verdiyi Suriya Milli Ordusu (Ceyşül Vətəni) Afrində Şüheda əl Şarki cinayətkar qrupuna qarşı başlatdığı əməliyyatı Əl Bab, Azez və Cerablusa qədər genişləndirib.
 
Silahlı dəstələr zərərsizləşdirilir
Təhlükəsizlik zonası daxil edilən üç bölgədə cinayət törətdiyi aşkar edilən silahlı dəstələr zərərsizləşdirilir.
Suriya Milli Ordusu tərəfindən edilən açıqlamada, davam etdirilən əməliyyatlarda cinayətkar qruplarının çoxunun münaqişəyə girmədən təslim olduğu bildirilib.
Xalqın təhlükəsizliyini təhdid edən və qanundan kənara çıxan adamlara qarşı əməliyyatların davam edəcəyi ifadə edilən açıqlamada, onlarca dəstə üzvünün təsirsiz hala gətirildiyi bildirilib.
CNN Türk-ün xəbərinə görə, Cerablus qəsəbəsi mühasirəyə alınıb və 5 nəfər təslim olub.
Müxalifət.az