ASO Maranezi ələ keçirdi, Türkiyə ordusu hərəkətə keçdi

Baxış sayı:
7363

Suriyada Azad Suriya Ordusu (ASO) Tel-Rıfat əməliyyatına başlayıb.
Muxalifet.az xəbər verir ki, ASO bölgəni mühasirəyə alaraq Maranezə doğru hərəkətə keçib.
Əməliyyat nəticəsində Maranez kəndi YPG/PKK terrorçularından təmizlənib. Bu əməliyyatdan dərhal sonra Türkiyə Silahlı Qüvvələri həm "Fərat qalxanı" bölgəsində, həm də "Zeytun budağı"nda terrorçuların yerləşdiyi bir çox mövqeni eyni anda vurmağa başlayıb.