ASO komandiri Əsədin qərarlarının arxasındakı gücü söylədi

Baxış sayı:
5167

Suriyadakı Türkmən dağında vuruşan müxalif Türkmən komandiri Tarıq Solak, Bəşşar Əsəd rejiminin ordusunun hökmünün qalmadığını, hərbi qərarların İran tərəfindən verildiyini söyləyib.
 
Astanadaki Suriya danışıqlarında müxalifəti təmsil edən heyət içində də yer alan Solak, rejimin siyasi həll tərəfdarı olmadığını qeyd edib.
Solak, "Bu münaqişə siyasi həllə çözülsə, Haaqa Məhkəməsinə gedəcəklər və sorğu-sual olunacaqlar. Amma hərbi həll olsa, “Terrorçuların hamısını yaxaladıq, ya da öldürdük, Suriya normallaşdı” deyəcəklər. Təkcə bu yol onların marağındadır" deyib.
Qərar vermənin rejimin əlində olmadığını vurğulayan Solak, "Rusiya ilə Türkiyə arasındakı müqavilələrə görə, nə müxaliflərin, nə də onların istədiyi kimi olacaq. Biz Türkiyəyə arxalanırıq. İnşallah birlikdə uğura çatacağıq". deyə söyləyib.
Solak həmçinin, "Rejimin heç bir hərbçisi qalmadı regionda. Rejim müharibə edəcəksə, bunu İran edəcək. Bir sürü milisləri var. 2015-də Rusiya ilə birlikdə əməliyyat başladıqdan sonra quruda döyüşənlərin hamısı İranlıdır" deyib.
 
Şiələşdirmə qanunlarla örtülür
 
Solak, İranın Suriyaya Əsəd rejimi ilə qurduğu məzhəb təməlli ittifaq vasitəçiliylə “yerləşdiyini" bildirərək, belə davam edib:
“Bəşşar Əsəd, 2011-də inqilab başladıqdan sonrakı üçüncü çıxışında “Suriya Suriyalıların deyil, Suriyanı müdafiə edənlərindir” demişdi. O vaxtdan bunun bazasını yaratmağa başlamışdı. Ondan əvvəl Hafiz Əsəd daha prezident olmadan Misir prezidenti Abdülnasır ilə bir qanun çıxardılar. Suriyada ağalıq sistemi vardı. Osmanlılardan qalan böyük var-dövlət sahiblərinin tarlalarında (Əsəd ailəsinin məzhəbindən olan) Ələvilər çalışardı. Hakimiyyətə keçdikdən sonra “Ərazilər tarlada çalışanlarındır” deyə qanun çıxardılar. O münasibətlə bir çox Sünni tarlası Ələvilərin əlinə keçdi. Suriya sərhədində, Türkmən dağında, xüsusilə heç Ələvi yox idi. İndi getsən, kəndlərdə Ələvilər var. Bunlar haradan gəldi? Bu qanunla gəldi. 1958-də çıxarılan qanunla gəldi. İndi eyni məntiqlə İran Suriyanı Şiələşdirir".
“İranın Suriyadakı varlığı müharibə ilə başlamadı" deyən Solak, İranlıların ölkədəki varlığının Hafiz Əsəd dövründə başladığını, ancaq gizli şəkildə davam etdiyini ifadə edib.
 
Maaş verir, uşaqları İran məktəblərinə göndərirlər
 
Solak sözlərini belə davam edib:
“İnqilab başladıqdan sonra hər şey üzə çıxdı. Sünni kəndlərin böyük qismi Şiələşdi. İdlibd, Dəməşqdə, Lazkiyəddəki kəndlərin çoxu (daha əvvəldən) Şiələşmişdi pul müqabilində. İranlı gəlir, bir ataya deyir ki, “Sən və ailən Şiə olacaqsınız, maaş verəcəyik sizə. İranlılar bu atanın Şiələşməyəcəyini bilir, amma uşaqlarını öz xüsusi məktəblərinə aparırlar. İranın siyasəti Suriyada təxminən 2000-ci ildə başlayıb. Müharibə də istədiyi mühiti təqdim edib. İran müharibədə əsgərini də gətirdi. Müharibədə İran, bir sürü dinc Suriyalının tökülən qanlarından məsuldur. Biz İranı işğalçı kimi görürük".
Rejimin İranlılara və başqa ölkələrdən gətirdiyi xarici terrorçulara vətəndaşlıq verdiyini xatırladan Solak, vətəndaşların zorla çıxarıldığı Şərqi Quta kimi ərazilərdə boşalan evlərə bu insanların yerləşdirildiyini bildirib.
Müxalifət.az