ASO komandiri: QƏNDİLƏ GETMƏYƏ HAZIRIQ

Baxış sayı:
2674

PKK və PYD-nin əsas mərkəzlərindən olan və "keçilməz qala" deyilən Afrində Türk Silahlı Qüvvələrinin 58 günlük əməliyyatı zəfərlə nəticələndi. Azad Suriya Ordusu yüksək rütbəli komandirlərindən Fehim İsa, bundan sonra Türk ordusu ilə Qəndilə getməyə hazır olduqlarını deyib.
 
Şimali İraqa gedərik
 
İsa, "Türkiyə - Suriya sərhəd xətti 900 kilometrdir. Hazırda bir çox bölgə təmizlənib. Həssas ərazilər təmizlənib. Fərat Əleyhinə əməliyyatı bölgəsi təmizlənib. Qərblilərin Suriyanı bölüb, Yaxın Şərqdə yenidən xəritə cızmaqla ölkələri kiçik ölkələr halına gətirib, İsrailin təhlükəsizliyini təmin etmək planları pozuldu. Fərat Qalxanında bu baş verdi. Hazırda da “tam bitdi” deyiləcək hala gəldi. Bundan sonra İraq sərhədinə qədər getməyə hazırıq. Türk Silahlı Qüvvələri ilə birgə oradakı terror elementlərini təmizləmək üçün də hazırıq. Biz də inşallah Suriya torpaqlarında olmayan bir bölgəyə, Türk Silahlı Qüvvələri ilə Qəndilə getməyə hazırıq. Bura təkcə Türkiyəyə deyil, Suriya, İraqa da təhdid yaradır" deyib.
 
"Tunelləri təyyarələr məhv edib, tamamilə qapadılacaq"
 
“Tunellərin taleyi necə olacaq” sualına isə İsa belə cavab verib:
“Türk döyüş təyyarələri tunellərin çoxunu məhv edib. Regionda terrorçu qalmadı. Orada inşallah yenidən tənzimləmə aparılacaq. Əhalinin zeytunlarına çox zərər verdilər. Bütün zeytinluqları xalqa verəcəyik".
 
"PYD-nin xalqdan zorla aldığı pullar lüks həyata gedirdi"
 
Fehim İsa, PKK-nın ən böyük gəlir mənbəyi olan zeytunun də xalqa veriləcəyini qeyd edərək, "PKK PYD xalqı xəraca bağlamışdı. Hər kəs məcbur bu xəracı ödəyirdi. Zeytundan xərac kəsilirdi. Pullar isə Qəndilə gedirdi. Bizim məqsədimiz bölgəni azad etməkdir. PKK insanlardan xərac alaraq zeytun fabirkalarına əl qoymuşlar, ailədən uşaq verməyənlərin zeytunlarına əl qoyulmuşdu. O pullar PYD-yə gedirdi. Terrorçuların tikdirdiyi saraylara gedirdi. Allahın izni ilə o imkanlar əsil sahiblərinə qayıdacaq. Oradakı bütün imkanlar bölgə xalqına geri qaytarılacaq" deyə, bildirib.
Müxalifət.az