ASO komandiri açıqladı: İRAN SURİYANI QARIŞDIRIR

Baxış sayı:
4753

Azad Suriya Ordusu (ASO) nəzdindəki Sultan Murad briqadasının komandiri Əhməd Osman, İranın Suriyadakı rolu, Bəşər Əsəd rejiminin strategiyaları və Fərat çayının şərqindəki terror təşkilatı YPG/PKK varlığı ilə bağlı açıqlama verib.
 
Şiə milislər Suriyanı qarışdırır
 
İranın dəstəklədiyi xarici terrorçu qrupların Suriyanın demokrafik quruluşunu dəyişdirdiyini bildirən Osman, “Şiə milislər Suriyanın hər yerini qarışdırır. Dəməşqdə lövhələri, simvolları da dəyişdirdilər. Dəməşqdəki Həzrəti Zeynəb Türbəsi onların mərkəzinə çevrildi. Bu Şiə milislər Dəməşqdə çoxsaylı ev satın aldı. Bu evləri öz dəyərlərinin simvolları halına gətirdilər" deyə söyləyib.
 
Əzan dəyişdirildi
 
Deyrizorda bənzər məsələnin olduğunu ifadə edən Osman, “Orada əzana Şiə inancında olduğu kimi əlavə cümlə qoyulub. Buna görə də biz İranın Suriyanı işğal etdiyini bilirik. İran Suriyanı hər sahədə işğal edib" deyib. ASO olaraq Fərat çayının şərqinə təşkil olunacaq ehtimal edilən əməliyyatda iştirak etməyə hazır olduqlarını vurğulayan Osman, "Yaxşı dərəcədə döyüşçülərimiz var. Rakka, Hasekə və Tel Abyadda İŞİD-çılar yoxdur. Yeganə məsələ ABŞ qoşunlarının o bölgədə olmasıdır. ABŞ oralardan çəkilsə, TSQ ilə ASO Fəratın şərqini PKK-dan xilas edəcək" deyib.
Müxalifət.az