ASO ilə Əsəd milisləri arasında DÖYÜŞ QIZIŞIR

Baxış sayı:
3847

Afrindən sonra Tel Rifat bölgəsinə doğru irəliləyən Türk Silahlı Qüvvələrinin dəstəklədiyi ASO qüvvələri ilə terror təşkilatı PKK/YPG-yə dəstək verən Əsədə bağlı milis qüvvələri arasında qarşıdurmalar baş verir.
 
“Zeytun Budağı” Hərəkatında Afrin mərhələsindən sonra Tel Rifata doğru irəliləyən TSQ-nin dəstəklədiyi ASO qüvvələri ilə terror təşkilatı PKK/YPG-yə dəstək verən rejim milisləri qarşı-qarşıya gəlir. Bu qarşılaşmalar bir çox nöqtədə silahlı qarşıdurmaya çevrilib. Üç gün öncə Hatay vilayətinin Yayladağı rayonundakı Hammut Təpə Zastavasının yaxınlarına düşən raketdən sonra iki güc arasında qarşıdurma xəbərlərini şərh edən ekspertlər bölgədəki gərginliyin getdikcə artdığını deyir.
Əsəd rejiminə yaxın mətbuat orqanları ilə yerli mənbələrin bildirdiyinə görə, dünən baş verən toqquşmalarda və TSQ-nə aid döyüş təyyarələrinin bombardmanında 4-ü zabit olmaqla, 10 rejim milisi öldürülüb. Komandirlərin Zakaria Xəlil Briqadasının komandiri Hantal Abu Thaer, milis komandirləri Hassan Xəlil və Ali Hassan Xəlil ilə Suriya Ordusunda xidmət edən leytenant Mustafa Dərviş olduğu bildirilir.
 
ASO ilə rejim əsgərləri arasındakı məsafə 3 km!
 
Ekspertlər Kimar və Barad kəndlərinin şərqdə yerləşən rejim bölgələrinə yaxınlığı baxımından kritik əhəmiyyətdə olduğunu bildirir. ASO qüvvələri ilə Nubl-Zehra bölgəsindəki rejim güclərinin arasında 3 km. məsafə qaldığı deyilir.
Müxalifət.az