ASO-dan çağırış: “RƏİS BİZİ DƏ QƏNDİLƏ GÖTÜR, TÜRKİYƏYƏ MİNNƏT BORCUMUZ VAR”

Baxış sayı:
9184

ASO döyüşçüləri, "Borcumuzu Qəndildə ödəmək istəyirik. Afrindən PKK təmizləyək, sonra Qəndilə biz də gələcəyik. Terrorçuları oradan da təmizləyəcəyik" deyir.
 
Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən 52 gün öncə başlamış “Zeytun Budağı” əməliyyatı ilə birlikdə terror təşkilatı PKK/PYD-yə qarşı Afrin əməliyyatına qatılan Azad Suriya Ordusu (ASO) mənsubları növbədə Qəndilin olduğunu deyir.
12 maydan sonra başlayacaq olan Qəndil əməliyyatına qoşulmaq istədiklərini deyən ASO əsgərləri, "Türkiyəyə minnət borcumuz var. Bu borcu Qəndildə ödəmək istəyirik. Afrindən PKK-nı təmizləyək sonra Qəndilə biz də gələcəyik. Oradan da bu terrorçuları təmizləyəcəyik" deyərək Türkiyənin yanında yer almaq istədiklərini dilə gətiriblər. Türkiyənin dəstəyi sayəsində kəndlərini, şəhərlərini torpaqlarını PKK-dan xilas etdiklərini vurğulayan ASO nümayəndələri, "Türkiyə ən çətin zamanımızda yanımızda yer aldı, həm Əsədin, həm də PKK-nın zülmündən qaçan xalqımıza qapılarını açdı, isti aşını paylaşdı. İndi də bizim bu terror bəlasından xilas olmağımız üçün bizimlə çiyin-çiyinə döyüşür. Bunun qarşılığını mütləq ödəmək istəyirik. Bizi Qəndil əməliyyatına mütləq daxil edin. Borcumuzu ödəyək" deyirlər.
Digər tərəfdən, 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsini fürsət bilərək ölkə içində demoqrafik quruluşu dəyişdirməyə yönəlik gedişlər edən terror təşkilatı PKK, arxasına aldığı beynəlxalq dəstəyə baxmayaraq Suriya daxilində duruş gətirə bilmir. Sayları 60 min civarında olann və TSQ-nin dəstəyini alan ASO gücləri qarşısında zəifləyən PKK, uzunluğu onlarla kilometri olan tunellərə gömülməkdən xilas ola bilmir. Afrin qapılarına dayanan ASO və TSQ qarşısında müqavimət göstərməyən PKK, iç bölgələrə doğru qaçışını davam etdirir.
Müxalifət.az