ASO, Afrində YPG-dən intiqamını aldı: O YÜK MAŞINI DA YANDIRILDI

Baxış sayı:
3673

ASO, YPG-li terrorçular tərəfindən öldürülən yoldaşlarının intiqamını “Zeytun Budağı” Hərəkatı ilə aldı.
 
Terror təşkilatı YPG, Hələbin şimalındakı döyüşlərdə öldürdüyü Azad Suriya Ordusu əsgərlərini bir yük avtomobilinin arxasına qoyaraq Afrində əhaliyə nümayiş etdirmişdi.
 
İNTİQAMI ALINDI
 
Təxminən 2 il sonra TSQ-nin dəstəyi ilə Afrindəki terrorçulara böyük zərbə vuran ASO, yoldaşlarının qisasını almış oldu.
 
O YÜK MAŞINI DA YANDIRILDI
 
Son olaraq qaçan terrorçuların Afrində qoyub qaçdığı o yük maşını da yandırıldı. ASO gücləri YPG-li terrorçuların qaçdığı Tel Rifatı da terrorçulardan  təmizləmək üçün əmr gözləyir.
 
TEL RİFAT ÜÇÜN ƏMR GÖZLƏYİRLƏR
 
Dünən Afrində yıxılan Kava heykəlinin altına da Ərəbcə Tel Rifat yazılması diqqət çəkmişdi.
Müxalifət.az