​Asiya səfəri öncəsi Trampa SƏRT XƏBƏRDARLIQ: “İşimizə qarışma!”

Çinin Vaşinqtondakı səfiri Cui Tiankayi ABŞ prezidenti Donald Trampa Asiyaya ilk rəsmi səfərindən öncə sərt xəbərdarlıq edib.
Muxalifət.az xəbər verir ki, səfir Vaşinqton hökumətindən Cənubi Çin dənizindəki hegemonluq mübahisələrinə qarışmamasını tələb edib.
C.Tiankayi Çin ilə cənub-şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) Cənubi Çin dənizindəki mövqeyi ilə bağlı verdiyi qərarlara ABŞ-ın qarışmamasının daha faydalı olacağını deyib. O, sözügedən ölkələrə öz aralarında daimi və dostyana həll yolu tapmalarına dair çağırış edib.
Səfir ABŞ-ın bu mövzuya müdaxilə edəcəyi təqdirdə, problemlərin daha da mürəkkəbləşəcəyini qeyd edib:
“Əgər ABŞ və yaxud başqa bir ölkə bu razılaşma müddətindəki hadisələrə müdaxilə etməzsə və təcili qəbul edilmiş qərarlara əngəl olmazsa, bu hamı üçün faydalı olacaq. Biz də ASEAN ölkələri ilə birgə buna ümid edirik”./publika.az/