Aşıqlar Birliyinə yeni sədr seçildi

Zəlimxan Yaqubu Məhərrəm Qasımlı əvəzlədi

Azərbaycan Aşıqlar Birliyinə yeni sədr seçilib.
APA-nın məlumatına görə, bu gün birliyinin yeni sədrinin seçilməsi ilə bağlı iclas keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvləri iştirak edib.
Məhərrəm Qasımlı Aşıqlar Birliyinin yeni sədri seçilib.
Qeyd edək ki, Aşıqlar Birliyinin əvvəlki sədri, xalq şairi Zəlimxan Yaqub bir müddət əvvəl dünyasını dəyişib.