​Asim Mollazadə Səməd Seyidovdan danışdı: "MANDATI...”

Baxış sayı:
5392

Xəbər verdiyimiz kimi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.
Muxalifət.az xəbər verir ki, unikal.org-a açıqlama verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə Səməd Seyidovla bağlı qərarın açıqlanmadığını qeyd edib:
"Hazırda bu qərar tam açıqlanmayıb. Sözügedən məsələ haqqında danışmaq tezdir. AŞPA qərarı açıq şəkildə bildirməyib. AŞPA qərarını açıqladıqdan sonra tam dəqiq bilmək olacaq ki, onlar hansı səbəbə görə belə nəticəyə gəliblər. Səməd Seyidovdan başqa Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibində olan digər deputatların adı bu məsələdə hallanmır. Əgər Səməd Seyidovla bağlı qərar açıqlansa belə güman ki, onun AŞPA-dakı mandatı ləğv olunmayacaq”.