Asfalt zavodunun fəhləsi iş zamanı öldü - FOTO

Masallı rayonunun Yeddi Oymaq kəndində yerləşən asfalt zavodunda fəhlə iş zamanı ölüb.
 
Zavodda elektrik işləyən, Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Əfsər Hüseynov iş zamanı qəza keçirib və ağır bədən xəsarətləri alıb. Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.