“Arzunuzu ürəyinizdə qoyacam!” - Mübariz Mənsimovdan SƏRT AÇIQLAMA

Baxış sayı:
24426

Mübariz Mənsimov dünən qəzaya uğrayan "MAMMAD AMİN RESULZADE” gəmisinin son durumu haqqında sosial şəbəkədə paylaşım edib. Muxalifet.az Mənsimovun son paylaşımını təqdim edir: "Sizə son xəbərləri verim: "MAMMAD AMİN RESULZADE” gəmisini vuran "Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib. Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şaddıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yükludür, gah da yaziblar ki, gəmi köhnədir. Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? "Gəmi köhnədir” yazırsız… Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yeni "MAMMAD AMİN RESULZADE” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək. "MAMMAD AMİN RESULZADE” adı nədən sizə belə ağır gəldi? Siz özünüzdən soruşun ki, bu ad üçün siz nə etmisiz?! Bu gəmi Çox böyük bir şirkətlə mügavile bağlanmışdı ve buna əsasən, gəmimiz ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı. Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq. Haşiyəyə çıxıb bir mühüm məsələni də vurğulamaq istəyirəm. Məndən tez-tez soruşurlar ki, nəyə görə məhz indi gəmiyə "MAMMAD AMİN RESULZADE” adı qoyulur? Cavab çox sadədir. "Palmali” şirkəti hələ 1996-cı ildə aldığı "Omsk” adlı gəminin adını dəyişdirərək "Məmməd Əmin Rəsulzadə” qoymuşdu. Yəni, "Palmali”nin ilk 5 gəmisindən biri Azərbaycan xalqının dahi liderinin adını daşıyıb. Sonradan bu gəmi "Kend Shipping” şirkətinə satıldı. Ona görə yazdığınız mənasız xəbərlərə görə, minnətdaram, sayənizdə gözel cavabınızı da aldınız. Söz qalmadı sizə deməsinlər. El gözü tərəzidir və sadə insanlar sizin çirkin əməllərinizə qarşı yağdırdıqları nifrət, qəzəb dolu sözləri ilə bir daha sübut etdilər ki, bu tərəzidə sizin mənəviyyatınız, kişiliyiniz, mənliyiniz sıfırdan yuxarı qalxmağa qadir deyil. Deyirsiz ki, gəmilərə görkəmli şəxsiyyətlərin adlarını verməklə özümü reklam edirəm. Amma bunu bilin ki, men sizin səviyyənizdə deyiləm. Mən hər zaman, nə qədər ki, sağam, vətənimə xalqıma xidmət edəcəm. Bu qədər ucuz olmayın, bir Müharibədirsə, onu da kişi kimi aparın, belə ucuz və əskik metodlarla deyil. Mənim adım Mübarizdir, mən Mubarizəni severim bunu unutmayın" .