​"Arvadlarınızı belə döyün" - SOSİOLOQDAN QALMAQALLI VİDEO

Baxış sayı:
6499

Dünyanın ən qızmar və ən zəngin dövlətlərindən biri olan Qətərdə yaşayan bir sosioloq ortalığı qarışdırıb.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, Abd Əl-Əziz Əl Khazraj adlı sosioloq kişilərin həyat yoldaşlarını düzgün şəkildə döymələri üçün bir video hazırlayıb və "YouTube"a yerləşdirib.
O, kişilərin həyat yoldaşlarını döyərkən bəzi səhvlər etdiyini dilə gətirib. Sosioloq yanındakı kiçik bir uşaq üzərində sınaq aparıb.
"Bəzi kişilər həyat yoldaşlarının üzünə zərbə və yumruq atır, amma bu qəbuledilməzdir. Qadınların başına, burnuna vurmayın, bədəninə vurun. Xüsusilə evli insanlar xanımlarına necə zor tətbiq etməsi lazım olduğunu soruşur. Əvvəla bilmək lazımdır ki evin lideri kişidir. Bir kişinin şirkət müdiri kimi nüfuzu olmalıdır", - deyə sosioloq bildirib.
Kişilərin sevgi göstərərək zorakılıq tətbiq etməsi lazım olduğunu deyən sosioloq, qadınların bədənində qançır ya da qanaxma olmaması üçün xəbərdarlıq da edib.