​Arvadının qanına qəltan etdi - ÇAYXANADA ŞOK CİNAYƏT

Baxış sayı:
5632

Bakıda ər çay evində arvadını bıçaqlayıb.
Muxalifet.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində qeydə alınıb.
Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Rəcəb Məmmədov həmin çay evində arvadı 1986-ci il təvəllüdlü Günel Məmmədovu öldürmək niyyəti ilə bıçaqlayıb, hadisə yerindən qaçıb.
Orada olan şəxslərin köməyi ilə 32 yaşlı qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Xətai rayon Polis İdarəsinin əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəb Məmmədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci ( adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.