​Arvadını güllələyib öldürdükdən sonra intihar etdi - Ailə faciəsi - FOTOLAR

Baxış sayı:
7780

Samsunda kişi boşanma ərəfəsində olduğu həyat yoldaşını güllələyib öldürdükdən sonra intihar edib. 
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma ərəfəsində olan və yeni ailə quran 31 yaşlı Gökhan Erçin və 30 yaşlı Ayşənur Erçin arasında hələ ki bilinməyən səbəbdən mübahisə düşüb. Mübahisə ərəfəsində Gökhan Erçin ilk öncə həyat yoldaşını, daha sonra isə özünü güllələyib. 
Silah səsini eşidən qonşular cütlüyün yaxınlarına, polisə və təcilli tibbi yardıma xəbər veriblər. 
Evə daxil olan qohumlar cütlüyün qanlar içində yerdə yatdığını görüblər. Təcili tibbi yardımın əməkdaşları onların hadisə yerində öldüklərini bildiriblər. 
Evdən bir silah tapılaraq götürülüb. Hadisə ilə bağlı cinayət işi açılıb. 

Arvadını güllələyib öldürdükdən sonra intihar etdi - Ailə faciəsi - FOTOLAR

Arvadını güllələyib öldürdükdən sonra intihar etdi - Ailə faciəsi - FOTOLAR