Arvadından boşanıb özünə 1 milyonluq villa aldı

Baxış sayı:
3715

Türkiyəli aktyor Kaan Yıldırım aktrisa Ezgi Eyüboğlundan boşandıqdan sonra özünə 1 milyon dollar dəyərində villa alıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bodrumda yerləşən və 200 metr sahəsi olan malikanə aktyorun zövqünə görə dizayn olunub. O, yaz-yay fəsillərini burda keçirəcək. Sentyabrda isə yenidən İstanbul şəhərinə qayıdacaq. Xatırladaq ki, 2016-cı ildə ailə quran cütlük iyunun sonlarında boşanıb. Hər iki məşhur sima ortaq açıqlama yayaraq ayrıldıqlarını elan ediblər: "Ortaq qərara gələrək boşandıq. Bundan sonrakı həyatımıza hörmət və sevgi çərçivəsində dost olaraq davam edəcəyik".