Arvadına 66 maşın alan məmur işdən ÇIXARILDI

Baxış sayı:
3553

Rusiyada məmur həyat yoldaşına görə vəzifəsindən kənarlaşdırılıb.
Muxalifet.az xəbər verir ki, bunu “Kommersant” nəşrinə müsahibəsində ölkənin baş prokuroru Yuriy Çayka bildirib. 
O, qeyd edib ki, nəqliyyata nəzarət üzrə federal xidmətin məmuru barədə aparılan araşdırma zamanı məlum olub ki, həmin şəxs həyat yoldaşına 66 ədəd avtomobil alıb. Nəticədə adı açıqlanmayan məmur vəzifəsindən azad edilib.
Baş prokuror qeyd edib ki, cari ilin doqquz ayı ərzində korrupsiya halları ölkəyə 46 milyard rubl məbləğində ziyan vurub.