"Arvadımı qucaqlamaq istəyirəm, alınmır"

Baxış sayı:
3445

Türkiyəli ifaçı Sərdar Ortaç verdiyi açıqlama ilə jurnalistləri güldürüb. O, sualları cavablandırarkən "Bir daha dünyaya gəlsəm, uzunboylu olmaq istərdim" söyləyib. İfaçı bunun səbəbini isə belə izah edib: "Çünki arvadımın boynunu qucaqlamaq istəyirəm, alınmır. Xloe məndən uzundur. O, 177 sm, mən isə 167 sm-əm". Qeyd edək ki, S.Ortaçın evləndiyi irlandiyalı Xloe modeldir.