Arvadı ilə onun rəfiqəsini qanına qəltan etdi – BAKIDA

Baxış sayı:
4189

Bakıda 2 qadın bıçaqlanıb.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 21-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin girişində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqla xəsarət yetirib.
30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda şübhəli bilinən A.Çesnakov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.