​"Artıq Rusiya Ukraynaya gəlin kimi baxmır" – SABİQ PREZİDENT

Baxış sayı:
220

Rusiya-Ukrayna münasibətlərində müsbət tendensiya yaranır.

Bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyib.
Onun sözlərinə görə, münasibətlərdə yaxşılaşma Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenskini dinləməyə başlamasından sonra baş verib.
“Putin Poroşenko ilə ünsiyyətdə olmaq istəmirdi, ancaq Zelenski ilə onların dialoqu var. İndi isə əvvəlcə ölkələr pəncərələri, sonra qapıları bir-birinin üzünə açmalı və dialoq aparmalıdır. Rusiya Ukraynaya gəlin kimi deyil, dövlət olaraq baxmağa başladı - bu vacibdir”, - Kravçuk bildirib./axar.az