Artıq İNTİHAR xəbərlərini “TOPDAN” VERİRLƏR

2 nəfər özlərini asaraq İNTİHAR EDİB

Bakıda intihar hadisəsi baş verib.
 
Nərimanov rayonu Heydər Əliyev prospekti 197-də yaşayan 1931-ci il təvəllüdlü Şadman Abbasov özünü asaraq intihar edib. bundan başqa Qazax rayonunun İkinci Şıxlı kənd sakini, 1987-ci il təvəllüdlü Tural Paşayev də eyni üsulla həyatına son qoyub.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent.az
Müxalifət.az olaraq qeyd edək ki, son günlər intiharların sayı çoxaldığı üçün media quruluşları artıq bu xəbərləri ayrılıqda deyil, bu xəbərdə olduğu kimi məlumatları birləşdirərək verir. Hansı ki, belə mövqe mənvi-psixoloji baxımdan qəbul olunacaq davranış deyil. Çünki hər bir insanın həyatı özəl olduğu kimi, həyat tərzi və ölümü də fərqlidir və fərqli də nəticələr doğurur. Ona görə də intihar xəbərlərinin “TOPDAN”  verilməsi buna sıradan bir olay kimi alışqanlıq vərdişi yaradacaq ki, bu da ictimai şüura ən böyük xəyanətdir.
Ola bilsin bu cür xəbərlərin həddən artıq olmasından əndişə duyanlar var və bu yöndə informasiyaları məhdudlaşdırmaq üçün kinkret göstərişlər verə bilərlər. Ancaq belə olsa belə bir də media və insanlıq məsuliyyəti var ki bunlar da cəmiyyət üçün öndə gəlməlidir.
Müxalifət.az