“Artıq hər kəsin gözünün içinə dik baxa bilirik” - BABA VƏZİROĞLU

Baxış sayı:
1447

“Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, yoxsa, indi İrəvanda oturmuşduq”

“Putin Ermənistanı xəritədən silinmək təhlükəsindən xilas etdi”

“Hərdən kənardan güzgüdən özümüzə baxanda görürüdük ki, qəddimiz əyilib. Sanki, üzümüzdə xəcalət var idi. Zahirən görünməsə də, bəlkə də o xəcalət təri daxilimizə axırdı. Şükürlər olsun ki, bu günləri yaşadıq. Onsuzda bu günlər güc-tez olacaqdı...Sadecə Allah bizə lütf etdi ki, bunu biz yaşaya bildik. Biz şəhid də ola bilərdik, amma şahid olduq...
Qartal bir göz qırpımında aşağı şığıyır və ovladığı heyvanı göylərə qaldırıb yerə buraxır. Hazırda Şuşanın dağlarındakı o qartal Azərbaycan əsgəridir. Yəni Şuşanı fəth edən Azərbaycan əsgəridir”.

Bu haqda “Hürriyyət”ə müsahibəsində əməkdar incəsənət xadimi, şair, “Şöhrət” ordenli Baba Vəziroğlu deyib. O, Şuşanı işğaldan azad azad edən Azərbaycan əsəgərini dağlarda şığıyan qartala bənzədib:
 - Artıq otuz illik həsrətə son qoyuldu. Hazırda Azərbaycanın hər yerində bayram-bayrama qarışıb. Bəs siz tarixi qələbəmizi necə ifadə edərdiniz?
 - Hazırda kimdən soruşsanız, öz savadı çərçivəsində eyni cavabı verəcək. Mən bir az da dərinə gedərək, demək istəyirəm ki, iki gündə baş verən hadisələri sözə çevirə bilmirəm. Mən özümü söz adamı hesab edirdim. Fikirləşirdim ki, bu hissiyatlarımı ifadə edə bilərəm. Bu iki günün təəssüratını və yaşantılarını sözə çevirə bilmədim. Bildiyiniz kimi, din sonradan yaranıb. Təbii ki, əvvəlcə insan yaranıb. Daha sonra isə gülmək və ağlamaq kimi üz ifadələri yaranıb. Belə vəziyyətlərdə insanın dil bilməyən vaxtlarına qayıdırsan. İndiki vəziyyətdə də insan hissiyatlarını ya ağlamaqla, ya da gülməklə ifadə edir. Mən hazırda o vəziyyətə düşmüşəm. Halbuki, özümü Azərbaycan dilinin professoru sayıram. İnanın ki, bu hissləri ifadə etmək mümkün deyil. Yəgin ki, sonradan mütləq həqiqətlər çatdırılacaq. O zaman əsərlər yazılacaq və öz təəssüratlarımızı bölüşə biləcəyik. Elə tarixyüklü hadisələri yaşayırıq ki, bunu sözlə ifadə etmək çox çətindir. Zahiri görkəmcə qəddimiz düzəldi və gözümüzə işıq gəldi. Artıq hər kəsin gözünün içinə dik baxa bilirik. Bundan böyük xoşbəxtlik yoxdur... Hərdən kənardan güzgüdən özümüzə baxanda görürüdük ki, qəddimiz əyilib. Sanki, üzümüzdə xəcalət var idi. Zahirən görünməsə də, bəlkə də o xəcalət təri daxilimizə axırdı. Şükürlər olsun ki, bu günləri yaşadıq. Onsuzda bu günlər güc-tez olacaqdı... Sadəcə Allah bizə lütf etdi ki, bunu biz yaşaya bildik. Biz şəhid də ola bilərdik, amma şahid olduq.

“Ermənilərin 99 faizi dəniz görməyib, amma gecə-gündüz “dənizlərdən dənizə adlandırdıqları xaraba erməni xülyasını ifadə edirlər...”

- Otuz illik həsrətdən sonra alınmaz qala və Qarabağın incisi sayılan Şuşa azad edilib. Ümumiyyətlə, Şuşa sizin üçün nə deməkdir?
 - Şuşa mənim üçün bir neçə mənanı kəsb edir. Hərbi baxımıdan, mənim üçün Qarabağın ən strateji nöqtəsidir. Şuşaya malik olan insanlar demək ki, bütün Qarabağa hakimdir. Bu həqiqəti bilmək lazımdır. Şuşa kimdədirsə, Qarabağ onundur. Şuşa bizdədir, demək ki, bütün Qarabağ bizdədir. Künc-bucaqda kim qalıbsa və pusquda kim yatıbsa, onların hərəkətinin heç bir mənası yoxdur. Necə ki, qartal dağın kəlləsindən aşağı şığıyır, həmin an heyvanların hərəsi bir tərəfi qaçmalı olur. Qartal bir göz qırpımında aşağı şığıyır və ovladığı heyvanı göylərə qaldırıb yerə buraxır. Hazırda Şuşanın dağlarındakı o qartal Azərbaycan əsgəridir. Yəni Şuşanı fəth edən Azərbaycan əsgəridir. Azərbaycan əsəgəri deyəndə, mən həm də Ali Baş Komandanı nəzərdə tuturam. Bu gün ən böyük əsgərimiz Ali Baş Komandandır. Əksəriyyət onun ordusu və silah tutan əlləridir. Ali Baş Komandan əsgərlərimizdən fərqli olaraq, bir neçə cəbhədə döyüşür. Əsgərin işi əlində silah tutaraq düşməni iti qovan kimi qovmaqdırsa, cənab Prezident isə müxtəlif cənhədə mübarizə aparır. O, müxtəlif ölkələrin dünya mediasına müsahibə verir. Mən ilk dəfədir görürdüm ki, jurnalistlər bu qədər faşist və məkirli olarmış... Elə bil ölkə başçısından müsahibə alan ermənidir. Almaniyadan gələn jurnalist sanki erməni xislətli idi. Amma ölkə başçısı onların cavabını layiqincə verir. İnformasiya və diplomatiya müstəvisində qalib gəlmək hər kəsə nəsib olmur. Bu, ancaq tarixi şəxsiyyətlərə və fatehlərə nəsib olan bir özəllikdir. Mən, son olaraq “cənab Ali Baş Komandan” şeirini yazanda da bu sözləri ifadə etmişdim. Musiqisi Kamal müəllimindir. Artıq bu mahnını ifaçıların bir çoxu oxuyub. Mübaliğəsiz deyirəm ki, müttəfiqlərimiz olan dost və qardaş ölkələr istisna olmaqla, bütün dünya bizə qarşı oldu. Amma bir daha sübut olundu ki, qaliblər mühakimə olunmur. Güc birlikdədir və güc mümkün məsələləri həll edə bilən vasitədir. Bu gün güclü Azərbaycan həm hərb meydanında, həm həm sülh meydanında, həm də diplomatik meydanda öz sözünü deyib. Hazırda isə bunu qalib ölkə kimi deyirik. Düşmən bizim önümüzdə əyildi. Qorunmağa da vaxt tapa bilmədilər. Əksinə, qaçıb gizləndilər.
Paşinyanı elə öz tayfası parça-parça edəcək. Çünki ik növbədə öz xalqına qənim kəsilib. Ermənilər özləri adam kimi yaşaya bilmir. Birinci növbədə özlərini bədbəxt etdilər. Azərbaycan dünya çapında sivil dövlətlərdən birinə çevrilib. Digər tərəfdən isə, ermənilər torpaqları işğal edib və viran qoyublar. Kadrlardan da göründüyü kimi, ərazilərimizin çox hissəsini dağıdıblar. Ermənilər qədim türk torpaqlarında, xüsusən də İrəvanda hansı çiçəklənən dövlət yaradıb? Bu yerləri abadlaşdırdız ki, əlavə torpaq da istəyirsiz?! Ölkələrində iki milyon erməni yaşayır. Hamısı da it tükü kimi dünyaya səpələnib. Kimi bu torpaqlara yerləşdirəcəkdiz?... Hər kəndə bir erməni qoysalar belə, yenə əhalisi çatışmır. Bir sözlə, xəstə cəmiyyətdir. Bunlar “dənizlərdən dənizə adlandırdıqları xaraba erməni xülyası”dan əl çəkməlidir. Ermənilərin beynini pozan, elə daxillərində ki, “ziyalılardır”. Ermənilərin 99 faizi dəniz görməyib. Amma gecə-gündüz “dənizlərdən dənizə adlandırdıqları xaraba erməni xülyasını ifadə edirlər. Özü də iki dənizlə də kifayətlənmirlər. Artıq bunların dediklərinə ciddi yanaşmıram. Gərək, düşmən də ciddi ola bilsin. Hətta bunlar düşmən olmağa belə layiq deyil. Otuz ildir ki, dünyaya qoşunlarını “yenilməz erməni ordusu” deyə bəyan edirdilər. 44 gün ərzində biz  gücümüzü göstərdik. Cənab Prezidentin də dediyi kimi lazım olsaydı, biz İrəvana kimi gedə çıxa bilərdik. Sadəcə, beynəlxalq hüquq qarşımızı kəsir. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Yoxsa, indi İrəvanda oturmuşduq.
 
“Azərbaycanın dünyaya meydan oxuyan ordusu var...”

- Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanata əsasən, rus sülhməramlıları Dağlıq Qarabağda yerləşdiriləcək. Siz rus sülhməramlılarının Qarabağa yerləşdirilməsini necə qiymətləndirirsiniz?
 - İlk olaraq bildirim ki, Türkiyənin nəzarəti var. Digər tərəfdən, Azərbaycan 80-ci illərin sonu, 90-cı illərin əvvələrindəki Azərbaycan deyil. İndiki Azərbaycan diqtəni, komandanı almağı sevmir və buna da heç kimin cürəti çatmaz. Azərbaycanın dünyaya meydan oxuyan ordusu var. Bu ordu dünyada ən güclü 50 ordusu sırasındadır. 83 milyonluq Türkiyə arxamızdadır. Dünya dərəbəylik deyil ki... 220 milyonluq, nüvə silahı olan Pakistan da müttəfiqimizdir. Bu qələbədən sonra bir çox ölkələrin üzü bizə tərəf döndü. Amma münaqişənin ilk günlərində Azərbaycana qarşı aqressiv münasibət göstərirdilər. 44 gün ərzində erməninin kimliyini və məğzini dünya daha açıq şəkildə gördü. Dünya bildi ki, ermənidən dost olmaz. Ən əsası isə bunlara bel bağlamaq olmaz. Ermənistan xəstə cəmiyyətdən formalaşıb. Digər tərəfdən isə, Rusiyada artıq əvvəlki Rusiya deyil. Artıq Rusiya açıq şəkildə “imperiya siyasətini” sərgiləyə bilmir. Dünyaya meydan oxuyan Putin 44 gün ərzində neytral mövqeyini qorudu. Nəinki qorudu, eyni zamanda bəyanatlarında Azərbaycanın öz torpağında azadlıq müharibəsi apardığını da qeyd etdi. Mətndə qeyd edilib ki, sülhməramlılar münaqişəyə müdaxilə etmirlər. Rusiya üçün gətirilən sülhməramlı nə qüvvədir ki... Rusiya bu gün beynəlxalq hüquqa hörmət edən Rusiyadır. Sadəcə Rusiya vasitəçi oldu. Cənab Prezident də müharibənin olmasını istəmir. Müharibədə şəhid olanlar da bizim gənclərimizdi. Ölkə başçısının qoyduğu bütün şərtlər öz yerini aldı. Mətndə status məsələsi belə yoxdu. Əlavə olaraq da, Naxçıvanla quru əlaqələrimiz bərpa olundu. Azərbaycan tam qələbə qazanmış oldu. Ermənistan terror dövlət isə tam məğlubiyyətə uğradı. Ona görə də ermənilər Paşinyanı istefaya çağırır. Əgər mətndə ermənilərin xeyrinə bir bənd olsaydı, Paşinyana ancaq “sağ ol” deyilərdi. Ermənilər gecəylə Paşinyanın oturduğu binaya girdilər, lakin onu tapa bilmədilər. Yoxsa aqibəti çox pis olacaqdı. İndi gizləndiyi yer də məlum deyil.
Mətndə sülhməramlılar haqqında nə edəcəkləri və nə etməyəcəkləri göstərilir. Torpağın sahibi Azərbaycandır. Hələlik vəziyyət sakitləşənə qədər sülhməramlılar olacaq. Bu da beynəlxalq hüquq sayılır. Burda bizə hər hansısa təhlükə sayılacaq bir məqam görmürəm. Yəni hər şey birdən-birə baş verə bilməz. 44 gün ərzində xeyli ərazini işğaldan azad etmişik. Şuşanı isə topsuz, dronsuz və mərmisiz almışıq. Azərbaycan əsgəri Şuşanı əlləri və dırnaqlarıyla alıb. Şuşa alınmaz qaladır. Oranı almaq çox çətindir. Oranı alan Azərbaycan əsgəri, sizcə nədənsə çəkinə bilər?... İnşallah, hər şey öz yerini alacaq. Ümumiyyətlə, Putin Ermənistanı xəritədən silinmək təhlükəsindən xilas etdi.
YƏHYA,
Hurriyyet.org