"Artıq AB Sarkisyana 3-cü dəfə hakimiyyətdə qalmağa icazə verəcək” – Erməni KİV

  Serj Sarkisyan 1 mart 2008-ci il hadisələrindən sonra Avropa strukturlarına verdiyi sözü yerinə yetirdi.
 
Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Dünən bütün Ermənistan nəfəsini kəsərək Ermənistan və AB arasında hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında Sazişin imzalanmasını müşahidə edirdi. Çünki bu addım son dövrlər Ermənistanın siyasi həyatında baş verən ən vacib hadisə sayılır. Serj Sarkisyan 1 mart 2008-ci il hadisələrindən sonra Avropa strukturlarına verdiyi sözü yerinə yetirdi. Bununla da Avropa strukturları Serj Sarkisyanın üçüncü dəfə Ermənistan rəhbərliyində qalma iddiasına qarşı çıxmayacaqlar. Bu dəfə isə artıq o, baş nazir vəzifəsində olacaq”, – deyə məqalədə bildirilib./axar.az