Artilleriya atıcılarımız ikinci oldu - VİDEO

"Dəniz Kuboku – 2017” müsabiqəsi çərçivəsində "Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.
 
Müdafiə Nazirliyi xəbər verir ki, beynəlxalq hakimlər briqadasının qərarına görə bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın "Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı layiq görülüb.
Azərbaycanın "G-124” gözətçi gəmisinin ekipajı isə 48 xalla ikinci yerə sahib çıxıb.
Üçüncü yeri 46 xalla Qazaxıstanın "Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yeri isə 44 xalla İranın "Cövşən” raket katerinin ekipajı çıxıb.