​"Arsenal" və "Tottenhem" azarkeşləri arasında kütləvi dava olub - VİDEO

Davaya hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edib

İngiltərənin London şəhərini təmsil edən "Arsenal" və "Tottenhem" klubunun azarkeşləri Premyer Liqanın 12-ci tur matçından sonra kütləvi şəkildə dava ediblər.
Hadisə "Emirates" arenası yaxınlığında baş verib.
Davaya hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib.
Matç noyabrın 18-də baş tutub və "Arsenal"ın qələbəsi ilə (2:0) yekunlaşıb.