​"Arsenal" Bakıda final OYNAYACAQ

Baxış sayı:
12742

Futbol üzrə Avropa Liqasında ilk finalçının adı məlum olub. Muxalifet.az xəbər verir ki, İngiltərənin "Arsenal" komandası bu mövsüm ikinci dəfə Bakıya səfər edəcək. "Topçular" yarımfinalda İspaniya "Valensiya"sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2. "Arsenal"ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. "Valensiya"dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada "Arsenal"ın rəqibi hazırda davam edən "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) görüşünün qalibi olacaq. Qeyd edək ki, "Arsenal" bu mövsüm qrup mərhələsində "Qarabağ"la səfər matçını da Bakı Olimpiya Stadionunda keçirib. Görüş London komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.