"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO

Baxış sayı:
17125

Yüksək moda yaradıcılarının adlarını çoxumuz eşitmişik. Lakin, onları üzdən tanıyanların sayı çox azdır.
Muxalifet.az adme.ru-ya istinadən bahalı markaların üzərində adları yazılan şəxslərin şəkillərini oxuculara təqdim edir.
Onların arasında Trussardi gözəlliyilə sizi daha çox təəccübləndirəcək.

1. Dolce & Gabbana — Domeniko Dolçe və Stefano Gabbana

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO

Domeniko Dolçe və Stefano Gabbana 1985-ci ildə "Dolce & Gabbana" italyan moda evinin əsasını qoyublar. Gələcək tərəfdaşlar 1980-ci illərin əvvəlində Stefanonun atelyesinə Domeniko işə düzələrkən tanış olublar.
Birinci kolleksiya gözlədikləri qədər uğurlu olmayıb və modelyerlər bizneslərinə son qoymaq istəyib, lakin sonda Dolçenin ailəsi onlara işlərini davam etdirmək üçün lazımi məbləği ayıra bilib.

2. Fendi — Silviya Venturini Fendi

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
Silviya — Fendi markasının banisinin nəvəsidir. Məhz o, 1997-ci ildə "Baguette" əl çantasını icad edib. Bu çanta fransız bageti kimi qoltuq altında tutulur.
Hazırda Silviya Venturini Fendi firmada aksessuarlar və kişi geyimi üzrə kreativ direktor vəzifəsindədir.

3.Armani — Corco Armani

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO

Modelyer Corco Armani — İtaliyanın ən zəngin insanlarından biridir. O, İtaliyanın Pyaçensa şəhərində doğulub, lakin erməni əsillidir.
Armani öz karyerasını modelyer Nino Çerrutinin assistenti vəzifəsindən başlayıb, 1974-cü ildə isə ilk dəfə öz adıyla kolleksiya təqdim edib.
Bacısı Rozannanın sözlərinə görə, qapalı həyat tərzi sürən Armaninin, demək olar ki, yaxın dostu yoxdur.

4. Tom Ford — Tom Ford

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
Tom Ford — dəb dünyasında novatordur. 1996-cı ildə ABŞ modelyerlər Şurası Fordu onu ilin dizayneri adlandırıb.
O, həmçinin kinorejissorluqla da məşğul olur. 1980-cı illərdə dəb karyerasına start verən Ford 2008-ci ildə kino çəkməyə başlayıb.

5. Patrizia Pepe — Patrisiya Bambi

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
1993-cü ildə Patrisiya həyat yoldaşıyla birgə dəbli geyim brendi yaratmaq qərarına gəlib. Onlar möhtəşəmliyi gündəlik sadəliklə birləşdirməyə çalışıblar.
Artıq 26 ildir ki, cazibədar Patrisiya Bambi fərqli geyim kolleksiyaları yaradır. Bu geyimlər təkcə İtaliyada deyil, bütün dünyada qadınlar tərəfindən bəyənilir.

6. Bulgari — Nikola Bulqari

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
Nikola və onun qardaşı Paolo Bulqari — "Bulgari" markasının banisi Sotirios Bulqarisin nəvələridir. Moda evinin aksiyalarının 52% hazırda Bulqari ailəsinə məxsusdur. Qalan 48% isə azad dövriyyədədir.
Nikola Bulqari Romada yaşayır, 6 uşaq böyüdür və vintaj avtomobillər kolleksiyasını toplamağı çox sevir.

7. Carolina Herrera — Karolina Errera

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO

 

Amerikalı dizayner Karolina Errera Karakasda (Venesuela) doğulub. 1970-ci illərdə o, dünyanın ən dəbli qadınlarından biri olub.
Errera öz şirkətini 1980-ci ildə yaradıb. Onun geyimlərini Jaklin Kennedi ömrünün son 12 ili ərzində geyinib. 1987-ci ildə buraxılmağa başlayan "Carolina Herrera" markasının ilk ətiri isə möhtəşəm uğura səbəb olub.

8. Gerry Weber — Gerhard Veber

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
"Gerry Weber" markası qadın geyimlərilə məşğul olan kiçik "Hatex KG" şirkətinin böyüməsi nəticəsində yaranıb. Onun baniləri Gerhard Veber və Udo Hadrik olub.
"Hatex KG" şirkəti 1973-cü ildə yaradılıb, 13 il sonra isə, satış həcmi 72,7 milyon alman markasına çatdıqda şirkətin adı "Gerry Weber"-lə əvəzlənib.
2001-ci ildə Gerhardın oğulları da şirkətə qoşulub.

9. Versace — Donatella Versaçe

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO

"Versace" moda evi 1978-ci ildə Canni Versaçe tərəfindən yaradılıb. Onun faciəli ölümündən sonra bacısı Donatella şirkətdə əsas fiqura çevrilərək baş dizayner vəzifəsini tutub.
Donatellanın kolleksiyaları qardaşının əl işlərindən fərqlənsə də, bu onu narahat etmir.
"Mənim kolleksiyalarımı pisləyirlər, lakin mən həmişə bilirdim ki, Canninin etdiklərini davam edə bilməyəcəyəm. Yüksəklərdə qalmaq üçün yeniliklər axtarmaq lazımdır", - deyə o, əminliklə bildirir.
Donatellanın geyimləri daha incə və rahatdır və onlarda seksual agressiya nicbətdə azdır.

10. Narciso Rodriguez — Narsiso Rodriges

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
Narsiso Rodriges ABŞ-da doğulub , lakin hər iki valideyni kubalıdır. Onlar oğullarının moda aləminə daxil olmasının əleyhinə olub. Buna baxmayaraq, Narsiso Nyu-Yorkda dizayn məktəbinə qəbul olduqdan sonra "Calvin Klein"-lə əməkdaşlıq etməyə başlayıb, 1997-ci ildə isə şəxsi geyim markasını təsis edib.

11. Vera Wang — Vera Vonq

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO

Toy paltarlarının amerikalı dizayneri vaxtilə fiqurlu konkisürməylə peşəkar səviyyədə məşğul olub. Ulduzlar onun donlarında toy etməyi sevir.
Bundan başqa, Vera sərgilər və müsabiqələr, eləcə də fiquristlər üçün geyim yaradır.
Çin əsilli modelyer Nyu-Yorkda doğulub. Onun karyerası özünün toyu ilı başlayıb. Belə ki, öz gəlinliyini Vonq özü dizayn edib.
12. Valentino — Valentino Qaravani

"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
Valentino əldə qələm tutmağı bacarandan rəsm çəkməyə başlayıb. İstedadını hiss etdikdə o, dizayner olmaq qərarına gəlib və Milanda İncəsənət Akademiyasına daxil olub.
Elizabet Teylor, Jaklin Kennedi, Kortni Koks və Cennifer Lopesin gəlinlikləri məhz Valentinonun əl işləri olub.
2007-ci ildə dizayner son qadın kolleksiyasını təqdim edərək moda aləmini tərk edib.
13. Trussardi — Tomazo Trussardi
"Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO
Hazırda "Trussardi" ailə şirkətinin başçısı Tomazo Trussardidir.
Aktrisa Mişel Huntikerlə ailə quran gənc sahibkarın iki övladı var.