Arıqlamaq üçün qurd yemək... - KEÇMİŞİN ƏN QƏRİBƏ PƏHRİZLƏRİ

Baxış sayı:
7063

Günümüzdə insanlar arıqlamaq üçün müxtəlif yollara əl atırlar.

Hazırda banan və qreçka pəhrizi ən effektli pəhrizlər sırasında yer alır. Bunlardan əlavə su pəhrizi və zülal pəhrizi tutanlar da çoxdur. Lakin, keçmişə nəzər salsaq, günümüzün pəhrizləri bizə heç də əziyyətli görünməz.

1820. Su və sirkə.

Təəssüf ki, su və sirkə pəhrizinə hələ də müraciət olunur. Mədə xəstəliklərinə səbəb olan bu pəhriz 1820-ci ildə İngiltərəli şair Lord Bayron tərəfindən məsləhət görülüb. Belə ki, o, yeməkdən əvvəl bir stəkan suya üç xorək qaşığı sirkə elavə edib içərək arıqlamağın mümkün olduğunu bildirib.

1850. Şəkər və kraxmal.

Şəkər və kraxmal pəhrizi 1850-ci ildə Dr.Vilyam Harli tərəfindən Vilyam Bantinqə tövsiyyə edilib. Bantinq Harlinin pəhrizini tutaraq 22 kq arıqlayıb, bu pəhriz isə tarixin ilk pəhrizlər kitabına düşüb.

1930. Qreypfrut

Günümüzdə istifafə olunan pəhriz növlərindən biri də qreypfrut pəhrizidir. Yağları aktiv şəkildə əridən bu meyvəni gündə bir ədəd olmaqla gündüz saatlarında yemək daha məsləhətlidir.

1954. Bağırsaq qurdu.

1950-ci illərin ortalarında opera müğənnisi Mariya Kallasın bağırsaq qurdu yeyərək 30 kq arıqladığı açıqlanıb. Sənətçi qurdları həbin içində qəbul edərək onların daxilindəki yağları əridəcəyini düşünüb. Lakin, bu üsulun yalniş və zərərli olduğu bildirilib. Belə ki, bağırsaq qurdu bədəndə yağlarla qidalanıb 30 sm-dək böyüyərək bədənin digər nahiyələrini məhv etməyə başlayır. Bu isə çox vaxt ölümə gətirib çıxarır.

20-ci əsrin ikinci yarısı. Çeynəmə pəhrizi.

"Çeynəmə pəhrizi"nin əsas ideyası Horake Fletçerə məxsusdur. Pəhrizin qaydalarına əsasən, qida ağızda islananadək çeynənəməli, qalıqları isə tüpürülməlidir. Bu pəhrizin nə dərəcədə effektli olduğu bilinməsə də, Teodor Ruzvelt, Frans Kafka və D.Rokfeller kimi məhşurlar bu arıqlama üsulunun işə yaradığını qeyd edib./Bizimyol.info