Arılar arasında ən mükəmməl naviqasiya sistemi

Alimlər arılar arasında “naviqasiya sistemi”nin olduğu qənaətinə gəliblər.
 
Edinburq Universitetinin bir qrup alimi İsveçin Lund Universitetinin əməkdaşları ilə birgə tropik meşələrdə yaşayan gecə arılarının beyin fəaliyyətini tədqiq etməklə maraqlı nəticəyə gəliblər.
Alimlər müşahidələrdən sonra arının beyninin kompüter modelini hazırlayaraq robot üzərində sınaqdan keçiriblər. Belə qənaətə gəlinib ki, bu sistem gələcəkdə GPS və bahalı kompüter mexanizmi tələb etməyən yeni naviqasiya şəbəkəsinin qurulması baxımından önəmli töhfə ola bilər.