​Arif Əsgərovun oğlunun sürücüsü DİNDİRİLDİ: "Polisə şikayət edib pulumu aldım"

Baxış sayı:
2515

Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Arif Əsgərovun oğlu Elnar Hüseynovun sürücüsü olmuş Əlihüseyn Məmmədov ifadə verib.
Şahid bildirib ki, Rahib Hüseynov ev tikmək adı ilə ondan 40 min manat məbləğində pul alıb: "Sonra mən eşitdim ki, onun çox adama borcu var. Bundan sonra polisə şikayət etdim və pulumu geri aldım".
Növbəti məhkəmə prosesi aprelin 4-də davam etdiriləcək.
R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azaflıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.
Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.
Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir./musavat.com/