​Arif Məmmədovun yerinə təyinat oldu

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.
XİN-dən verilən məlumata görə, 4 noyabr, 2015-ci il tarixində İƏT-in Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr, 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.
A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında daimi nümayəndəsi olub.
Xatırladaq ki, buna qədər İƏT-in Aİ yanındakı səfiri postunu "qiyamçı diplomat" Arif Məmmədov tuturdu.