Arif Hacılıdan Ərdoğana istehzalı İSMARIŞ - ŞƏRHSİZ

Müsavat partiyasının rəhbəri Arif Hacılının Facebook statusu ictimai -siyasi mühitdə heyrətlə qarşılanıb. Buna səbəbsə odur ki, tanınmış siyasi fiqur başqa bir dövlətin liderini qınayır ki, niyə ordusuna Qarabağı işğaldan azad etmək əmri vermir.
Statusu olduğu kimi təqdim edirik:
"Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.
Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT- i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir ? Nədən və kimdən çəkinir?".