Arif Hacılı sərbəst buraxıldı - HACIQABULU GƏZDİRİB, GƏTİRİB BAKI ƏTRAFINDA DÜŞÜRÜBLƏR

Baxış sayı:
2236

Bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılan Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə A.Hacılı özü məlumat verib. 
O bildirib ki, 4 saat ərzində Bakı şəhərində və Hacıqabul rayonunadək avtomobillə gəzdirildikdən sonra bir qədər əvvəl bayraq meydanı yaxınlığında sərbəst buraxılıb.
Aksiya ilə əlaqədar saxlanılan deputatlığa namizədlərdən D 18 Hərəkatının sədri Ruslan İzzətlini Yevlaxda, bloqer Mehman Hüseynovu və siyasi fəal Ülvi Həsənlini Kürdəmirdə, siyasi fəal Rəbiyyə Məmmədovanı Qobustanda, siyasi fəal Yadigar Sadıqlını Ələtdə, ReAl Partiyanın sədri Şamaxıda sərbəst buraxılıb.