​Arif Alışanov Eldar Mahmudovun atası ilə bağlı arxivləri silib

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişlər dövlət televiziyasının arxivindən silinib. Bu barədə İstiqlal.az-a daxil olan məlumata görə, AzTV-nin sədri Arif Alışanov bu addımı “MTN işi”ndən narahat olduğuna görə atıb. Qeyd edək ki, Əhməd Mahmudov 1923-cü il mayın 25-də anadan olub, 1989-cu il mayın 8-də isə dünyasını dəyişib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra hər il AzTV Əhməd Mahmudovun doğum və ölüm günləri ilə bağlı veriliş verirdi. Bu verilişlərdə adətən deputatlar Eldar İbrahimovla Ziyad Səmədzadə çıxış edirdi.
Məlumata görə, bu verilişlər xeyli əvvəldən hazırlanırmış. Artıq 2016-cı il üçün verilişlərin çəkilişinə də başlanıbmış. Eldar Mahmudov işdən çıxarılandab sonra isə çəkilişlər dayandırılıb. Verilişdə iştirak edənlər də onların kadrdan çıxarılmalarını xahiş edib. Beləliklə, AzTV rəhbərliyi ümumiyyətlə bu verilişlərin arxivdən silinməsi qərarını verib.