Arif Alışanov DANIŞDI - “Sədr kimi vəzifədən getmişəmsə...”

Baxış sayı:
7354

Prezident İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov mətbuata açıqlama verib.

Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, keçmiş sədr ölkə başçısnını qərarının müzakirə olunmadığını bildirib:

"Cənab Prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab Prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir”.

A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb:

"Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab Prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimizdən birini seçib”.

A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib:

"Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.