Argentinadan ABŞ-a “Venesuela” təpkisi

Baxış sayı:
4573

Argentinanın paytaxtı Buenos Ayresdə yüzlərlə adam Venesuelada ABŞ müdaxiləsinə qarşı etiraz aksiyası keçirib.
 
Qeyri-hökumət təşkilatları, həmkarlar və tələbə klublarının çağırışıyla "Latın Amerikasında ABŞ təzyiqinin sona çatması və Venesuelada dialoq və sülhün təsisi" şüarı ilə Buenos-Ayres Universitetinin Hüquq Fakültəsində toplanan izdiham ABŞ-ın Buenos-Ayresdəki səfirliyinə qədər yürüş keçirib.
Nümayişçilər Venesuelada ABŞ müdaxiləsinə qarşı olduqlarını və sülhün hərbi çevrilişlə deyil, ancaq dialoqla təmin olunacağını bildirib.
Hüquq fakültəsi yaxınlığında nümayişçilərin bir küçəni bağlamaq istəməsindən sonra polislə nümayişçilər arasında qısa müddətli qarşıdurma baş verib.
Polisin geniş təhlükəsizlik tədbirləri aldığı ABŞ səfirliyinin önünə qədər gələn nümayişçilər, sprey boyalarla yerlərə "Yanki, Latın Amerikasından çıx" və "Yaşa Çaves" kimi yazılar yazıblar.
Etiraz ABŞ səfirliyi önündə hadisəsiz şəkildə sona çatıb.
Müxalifət.az