​Argentinada ölən it hamını gözyaşına boğdu — 12 il sahibinin məzarı başında yaşayıb...

Baxış sayı:
4681

Argentinada 12 il əvvəl dünyasını dəyişən sahibinin məzarından ayrılmayan Kapitan adlı it, elə oradaca ölüb.
Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, qəbiristanlıq işçiləri və ətrafda yaşayanlar tərəfindən yemlənən 15 yaşındakı it, son zamanlarda xəstə imiş.
Qeyd edək ki, Kapitan Argentinanın Vilya Carlos Pas şəhərində yaşayan Migel Quzmanın iti olub. Quzman 12 il bundan qabaq ölərkən Kapitan da yox olub. Ailə üzvlərinin elan verərək axtardığı it, evdən çox uzaq olan məzarlıqda tapılıb.
Belə bir hadisə 1924-cü ildə Yaponiyada da baş vermişdi. Xatiko adlı it, sahibi öldükdən sonra 9 il boyunca onu hər gün getdiyi metro stansiyasının qarşısında gözləmişdi. Bu hadisəyə “Xatiko – Bir itin hekayəsi” adlı film də çəkilib.