​Argentinada Messiyə heykəl qoydular - “Nə olar, getmə, Leo!”

Hurriyyet.org xarici mətbuata istinadən xəbər verir ki, Buenos-Ayresdə futbolçu Lionel Messinin şərəfinə abidə ucaldılıb. Orasio şəhərinin meri Rodriges Larreta açılış mərasimindəki çıxışında deyib: “Biz öz böyük idman kumirlərimizə hörmət edirik. Lakin bu gün xüsusi gündür. Leo dünyada ən yaxşı idmançıdır. O bir hadisədir. Messi bütün argentinalılar üçün bir nümunə və onların səfiridir”.
Bundan əvvəl isə Larreta videomüraciət vasitəsi ilə hücumçudan milli komandanı tərk etməməyi xahiş etmişdi: “Leo, bir futbol azarkeşi kimi sizdən bunu etməməyi xahiş edirəm. Sizə sevgi və dəstəyimizin isbatı olaraq Paseo-de-la-Qloriyada şərəfinizə abidə ucaldacağıq. Sadəliyinizə və istedadınıza görə sizə təşəkkür edirik. Amma nə olar, getmə, Leo”!
Messinin heykəli 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək üçüncü yeniyetmə Olimpiya Oyunları üçün tikilmiş Şöhrət Xiyabanında ucaldılıb.
Xiyabanda artıq tennisçi Qabruela Sabatininin, qolfçu Roberto de Vinçentsonun, reqbiçi Uqo Portun və digər görkəmli argentinalı idmançıların şərəfinə abidə ucaldılıb.