​Arda Turana TARİXİ CƏZA

Baxış sayı:
4111

Türkiyəli futbolçu Arda Turana üzvü olduğu İstanbulun “Başakşehir” klubu 2,5 milyon lirə pul cəzası verib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda klubun açıqlamasında deyilir.
Qeyd edilir ki, milli komandanın matçları ilə əlaqədar 3 günlük icazə aldığı vaxtda Arda Turanın etdiyi hərəkətlər etik və peşəkarlıq anlayışı ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, Arda Turanla müğənni Berkay Şahin arasında baş verən dava səbəbindən futbolçu haqında "cinsi istismar", "qanunsuz silah saxlamaq", "ümumi təhlükəsizliyi qəsdən aldatmaq" və "qəsdən yaralama" maddələri ilə cinayət işi açılıb. İstanbul Baş Prokurorluğu Arda Turanın 12,5 il, müğənni Berkay Şahinin şiakyəti əsasında isə daha 2 ilə qədər həbs tələbi ilə ittiham aktı hazırlayıb.