Arda Turan tanınmış müğənninin BURNUNU QIRDI

Baxış sayı:
334

Türkiyə milli komandasının və "Başakşehir" klubunun futbolçusu Arda Turan tanınmış müğənni Berkay Şahinlə dava edib.
31 yaşlı yarımmüdafiəçi gecə klublarının birində müğənni ilə insident yaşayıb və onun burnunu qırıb.
Bu hadisədən sonra Berkay həyat yoldaşı ilə birlikdə xəstəxanaya üz tutub. Arda Turan isə gecə klubunu tərk etməyib.
Qeyd edək ki, Arda Turanın 10 matçlıq diskvalifikasiya müddətini başa çatıb. O, ötən mövsüm referiyə qarşı intizamsız hərəkət etdiyi və yan xətt hakimini ölümlə hədələdiyi üçün 16 oyunluq cəzalanmışdı. Ancaq sonradan onun cəzası 10 matça qədər azaldılıb. (report)