Arda Turan "Qalatasaray"a qayıtmağa razılıq verdi

Baxış sayı:
3644

Türkiyə millisinin sabiq kapitanı Arda Turanın yenidən "Qalatasaray"a dönmək ehtimalı yaranıb.

Məlumata görə, 33 yaşlı yarımmüdafiəçi sevimli komandasına qayıtmağa razılıq verib.

Mövsümün sonunda karyerasını bitirməsi və baş məşqçi Fatih Terimin köməkçilərindən biri olması gözlənilən Səlçuk İnandan sonra çalışdırıcı rəhbərlikdən yeni kapitan tələb edib. Koronavirus pandemiyası səbəbindən maliyyə cəhətdən problem yaşayan "sarı-qırmızılılar" ucuz oyunçu axtarışındadır.

Bu mənada Arda Turan özü fədakarlıq etməyə razılıq verib. Tərəflər arasında ilk təmasın uğurlu keçdiyi bildirilir. Hazırda müqavilə ilə "Barselona"ya məxsus olan və yayda azad agent statusu daşıyacaq Arda "Qalatasaray"dan maaş da istəməyib. Onun maddi problem həll olunana qədər simvolik olaraq 1905 lirə maaşa müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Arda Turan 2005-2011-ci illərdə əsas komandanın formasını geyinib./Apasport.az