Arda Turan İngilis KOMANDASI ILƏ ANLAŞDI

 Arda Turan Barcelonadan ayrılmaq üçün günlərini sayır. Milli futbolçu İngilis komandası olan“Newcastle United ilə anlaşdı. Yaxın günlərdə imzaların atılması gündəmdədir.
 
Barcelonadan  ayrılmaq istəyən Arda Turanın meneceri Əhməd Bulud təklif olunan klublar içərisindən seçimini edib. İngiltərə Premier Liqasında oynayan “Newcastle United” komandası Arda Turanı icarəyə götürmək istədiyini bəyan edib. “Newcastle”-ın nümayəndələri ilə görüşlərə başlayan Əhməd Bulud, Ardanın ingilis komandasına transferində artıq anlaşma əldə edib.
Yarım sezonluğuna icarə götürülən 30 yaşlı futbolçu üçün İspan klubu 20 milyon avro qiymət qoyub.
Müxalifət.az